Azərbaycanda koronavirusa yoluxanların sayı 13 mini ötdü

azerbaycanda-koronavirusa-yoluxanlarin-sayi-13-mini-otdu
Oxunma sayı: 2639

Azərbaycanda koronavirusa yoluxanların sayı 13 mini keçib.

"Qafqazinfo" xəbər verir ki, bu gün ölkədə daha 478 nəfər koronavirusa yoluxub, bununla da ümumi say 13 207-ə çatıb.

Onlardan 7168-i sağalıb, aktiv xəstələrin sayı isə 5878-dir. Azərbaycanda indiyədək 161 nəfər Covid-19-un qurbanı olub.