Azərbaycanda koronavirusa yoluxanların sayı 15 mini ötdü

azerbaycanda-koronavirusa-yoluxanlarin-sayi-15-mini-otdu
Oxunma sayı: 2930

Azərbaycanda koronavirusa yoluxanların sayı 15 mini keçib.

"Qafqazinfo" xəbər verir ki, bu gün ölkədə daha 517 nəfər koronavirusa yoluxub, bununla da ümumi say 15 369-a çatıb.

Onlardan 8 364-ü sağalıb, aktiv xəstələrin sayı isə 6818-dir. Azərbaycanda indiyədək 187 nəfər Covid-19-un qurbanı olub.