Azərbaycanda koronavirusa yoluxanların sayı 22 mini ötdü

azerbaycanda-koronavirusa-yoluxanlarin-sayi-22-mini-otdu
Oxunma sayı: 1929

Azərbaycanda koronavirusa yoluxanların sayı 22 mini keçib.

"Qafqazinfo" xəbər verir ki, bu gün ölkədə daha 548 nəfər koronavirusa yoluxub, bununla da ümumi say  22 464-ə çatıb.

Onlardan 13 591-i sağalıb, aktiv xəstələrin sayı isə 8589-dur. Azərbaycanda indiyədək 284  nəfər Covid-19-un qurbanı olub.