Azərbaycanda koronavirusa yoluxanların sayı 4 mini keçdi

azerbaycanda-koronavirusa-yoluxanlarin-sayi-4-mini-kecdi
Oxunma sayı: 1833

Azərbaycanda koronavirusa yoluxanların sayı 4 mini keçib.

Operativ Qərargahdan “Qafqazinfo”ya verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 4122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2607 nəfər müalicə olunaraq sağalmış, 49 nəfər vəfat etmiş, 1466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 47 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.