Azərbaycanda koronavirusa yoluxanların sayı 400-ə çatıb

azerbaycanda-koronavirusa-yoluxanlarin-sayi-400-e-catib
Oxunma sayı: 3842

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda 41 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Operativ Qərargahdan "Qafqazinfo"ya daxil olan məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən həmin şəxslərdən 8 nəfərin vəziyyəti ağır, 11 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Hazırkı dövrədək ölkəmizdə 400 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 369  nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.