Azərbaycanda koronavirusa yoluxma ən çox bu şəhərlərdədir

azerbaycanda-koronavirusa-yoluxma-en-cox-bu-seherlerdedir
Oxunma sayı: 6733

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı koronavirusa yoluxma ilə bağlı şəhərlər üzrə dinamikanı açıqlayıb. 

"Qafqazinfo" xəbər verir ki, yoluxmalar Bakı, Gəncə, Abşeron, Yevlax, Ağcabədi, Lənkəran və Şirvanda daha çox qeydə alınıb.  Yoluxmaların əksəriyyəti Bakıdadır, ikinci yerdə Gəncə, daha sonra Yevlax və Abşeron ərazisindədir.

R.Bayramlının sözlərinə görə, ikinci dalğa da ola bilər: 

"İkinci dalğa artıq statistik məlumatlarda qarşımıza çıxır. Sərt karantin rejimindən çıxdıqca yoluxma daha da artır. Biz ikinci dalğaya hazırıq. Bunu gözləyirdik və buna görə də əhaliyə dəfələrlə xəbərdarlıq edilmişdi. Ölkəyə gətirilən vətəndaşların sayı bizim onları müalicə etmək imkanlarımızdan çox olmamalıdır. Ötən həftə Türkiyə və Rusiyadan vətəndaşlarımız gətirilib və karantinə alınıblar. Onların arasında yoluxanlar da var".

Murad Əhməd