Azərbaycanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi

azerbaycanda-koronavirusdan-olenlerin-sayi-200-u-kecdi
Oxunma sayı: 2634

Azərbaycanda koronavirusla bağlı bu günə olan statistika açıqlanıb.

"Qafqazinfo" xəbər verir ki, son sutka ərzində daha 8 nəfər Covid-19-un qurbanı olub.

Bununla da ölkədə koronavirusdan vəfat edənlərin sayı 206-ya çatıb.

Qeyd edək ki, hazırda aktiv xəstələrin sayı 7393-dür.