Azərbaycanda koronavirusdan sağalan xəstələrin sayı açıqlandı

azerbaycanda-koronavirusdan-sagalan-xestelerin-sayi-aciqlandi
Oxunma sayı: 2016

Hazırkı dövrədək ölkəmizdə 5246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Operativ Qərargahın məlumatında deyilir.

Onlardan 3327 nəfər müalicə olunaraq sağalmış, 61 nəfər vəfat etmiş, 1858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 58 nəfərin vəziyyəti ağır, 68 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.