Azərbaycanda koronavirusdan sağalanların sayı 1267 oldu

azerbaycanda-koronavirusdan-sagalanlarin-sayi-1267-oldu
Oxunma sayı: 2043

Azərbaycanda koronavirusdan daha 46 nəfər müalicə olunaraq sağalıb.

"Qafqazinfo" xəbər verir ki, bununla da ölkədə Covid-19-dan xilas olanların sayı 1267-yə çatıb.

Qeyd edək ki, indiyədək Azərbaycanda 1766 nəfər koronavirusa yoluxub. Onlardan 23-ü vəfat edib,  476 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.