Azərbaycanda koronavirusdan sağalanların sayı 13 mini ötdü

Azərbaycanda koronavirusdan sağalanların sayı 13 mini ötdü
Oxunma sayı: 1384

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 8-nə olan statistik göstəriciləri açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 8542 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 317 nəfər reanimasiyada, 59 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 21 916 nəfər virusa yoluxub, 13 100 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 7355 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 537 230 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxub, 465 nəfər sağalıb, 9 nəfər isə vəfat edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi