Azərbaycanda koronavirusdan sağalanların sayı 2500-ü ötdü

azerbaycanda-koronavirusdan-sagalanlarin-sayi-2500-u-otdu
Oxunma sayı: 1431

Azərbaycanda koronavirusdan sağalanların sayı 2500-ü ötüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Qafqazinfo”ya verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 3982 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2506 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1427 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 57 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.