Azərbaycanda koronavirusdan sağalanların sayı 3 mini ötdü

azerbaycanda-koronavirusdan-sagalanlarin-sayi-3-mini-otdu
Oxunma sayı: 1738

Azərbaycanda koronavirusdan sağalanların sayı 3 mini ötüb. Bu barədə "Qafqazinfo"ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 4759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3022 nəfər müalicə olunaraq sağalıb, 56 nəfər vəfat edib, 1681 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 53 nəfərin vəziyyəti ağır, 62 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.