Azərbaycanda koronavirusdan sağalanların sayı 700-ü keçdi

azerbaycanda-koronavirusdan-sagalanlarin-sayi-700-u-kecdi
Oxunma sayı: 3069

Azərbaycanda koronavirusdan sağalanların sayı artmaqda davam edir.

"Qafqazinfo" xəbər verir ki, son sutka ərzində 122 nəfər əvvəlki sağlamlığına qovuşaraq müalicə olunduqları xəstəxanalardan evə buraxılıb.

Bununla da Azərbaycanda Covid-19-dan sağalan xəstələrin sayı 712 nəfərə çatıb.

Qeyd edək ki, hazırda ölkəmizdə 667 aktiv koronavirus xəstəsi var. Onların müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.