TƏBİB Azərbaycanda koronavirusla bağlı mayın 6-na olan statistik göstəriciləri açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu gün 5309 test edilib ki, onun da 67-nin nəticəsi pozitiv çıxıb. Ümumi test sayı 169 min 790-dır.
Bu gün 2 nəfər isə koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə epidemiyadan ölənlərin sayı 28 nəfərə çatıb. Ümumi yoluxma faktı 2127, sağalan xəstə sayı 1536-dır. Aktiv xəstə sayı 563 nəfərdir. 22 nəfər reanimasiyadadır, 12 nəfər isə süni tənəffüs cihazına qoşulub.
Son xəbərlər
Son Xəbərlər