Azərbaycanda koronavirusla bağlı distant təlim olacaq

azerbaycanda-koronavirusla-bagli-distant-telim-olacaq
Oxunma sayı: 1312

Səhiyyə Nazirliyi tibb işçiləri üçün müxtəlif ixtisaslar, o cümlədən, COVID-19 virusunun profilaktika, müayinə və müalicəsi ilə bağlı distant təlim kurslarına başlayıb. 

Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, hazırda onlayn platformada 15-dən çox təlim kursu təklif edilir və onların 10-u birbaşa COVID-19 virusu ilə bağlıdır. 

Platforma müxtəlif ixtisaslar üzrə tibb işçiləri üçün distant sertifikatlı və sertifikatsız təlim kurslarına keçid təqdim edib, tibb işçilərinin koronavirusa aid biliklərinin artırılması üçün geniş imkanlar yaradıb. COVID-19 virusu haqqında bilik və təcrübə hər saatla genişləndiyi və dəyişdiyi səbəbindən tibb işçiləri və əhalinin davamlı məlumatlandırılması xüsusi əhəmiyyət daşıyır.