Azərbaycanda koronavirusla bağlı son vəziyyət

azerbaycanda-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 2776

TƏBİB Azərbaycanda koronavirusla bağlı mayın 11-nə olan statistik göstəriciləri açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 134 test edildiyi bildirilib. Onlardan 70-nin nəticəsi pozitiv çıxıb. 

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 197 545 test aparılıb. İndiyədək ölkədə 2589 yoluxma faktı qeydə alınıb, onlardan 1680-ni sağalıb, 32 nəfər isə vəfat edib. Hazırda aktiv xəstələrin sayı 877-dir.