Azərbaycanda koronavirusla bağlı son vəziyyət

azerbaycanda-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1496

TƏBİB Azərbaycanda koronavirusla bağlı mayın 12-nə olan statistik göstəriciləri açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 737 test edildiyi bildirilib. Onlardan 104-nün nəticəsi pozitiv çıxıb. 

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 202 282 test aparılıb. İndiyədək ölkədə 2693 yoluxma faktı qeydə alınıb, onlardan 1735-i sağalıb, 33 nəfər isə vəfat edib. Hazırda aktiv xəstələrin sayı 925-dir.