Azərbaycanda korrupsiyayla bağlı jurnal çıxdı -

azerbaycanda-korrupsiyayla-bagli-jurnal-cixdi-
Oxunma sayı: 690


“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, jurnalın hazırlanmasında məqsəd Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş islahatlar və əhəmiyyətli beynəlxalq tədbirlər barədə vətəndaşları məlumatlandırmaqdır.

“Korrupsiyaya qarşı mübarizədə son 10 il üç mərhələdə” bölməsində ötən 10 il Azərbaycan Prezidentinin müxtəlif təşəbbüsləri ilə başlayan üç mərhələyə bölünür. Birinci mərhələ (2004-2006) korrupsiyaya qarşı mübarizəyə dair Dövlət Proqramını, ikinci mərhələ (2007-2011) şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanı, üçüncü mərhələ (2012-2015) açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planını əhatə edir.

“Qanunvericilik islahatları” bölməsində son 10 il ərzində Azərbaycanda korrupsiyaya qarşı mübarizəyə dair normativ hüquqi aktların xronologiyası verilir.

“Qafqazinfo”