Azərbaycanda leysan xəbərdarlığı - - Diqqətli olun

azerbaycanda-leysan-xeberdarligi-
Oxunma sayı: 5502


Nazirlik sentyabrın 16-dan 17-nə keçən gecədən respublikanın şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, qeyri-sabit hava şəraitinin ikinci ongünlüyün sonunadək davam edəcəyi, şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Şimal-qərb rayonlarında dolu düşəcəyi ehtimal olunur. 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı düşəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.