Azərbaycanda lotereya şirkətinə qarşı- - maliyyə sanksiyası

azerbaycanda-lotereya-sirketine-qarsi-
Oxunma sayı: 2638


“Qafqazinfo”nun xəbərinə görə, şirkətə qarşı maliyyə sanksiyasını Bakı Şəhər Vegilər Departamenti tətbiq edib.

Şirkət departamentin iddia etdiyi məbləği ödəmədiyindən qarşı tərəf məhkəməyə müraciət edib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Bakı Şəhər Vegilər Departamentinin iddiasını təmin edib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. İşə Ali Məhkəmədə baxılacaq.

Maliyyə sanksiyasının məbləği açıqlanmır, lakin təxminən 18 min manatdan söhbət getdiyi bildirilir.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bir müddət əvvəl “Futbol-Planet” MMC-nin keçirdiyi lotereya fəaliyyətini dayandırıb.

Elçin Əhliman