Azərbaycanda meşələrin qorunması mühafizə polisinə həvalə oluna bilər

Azərbaycanda meşələrin qorunması mühafizə polisinə həvalə oluna bilər
Oxunma sayı: 620

“Azərbaycanda meşələrin mühafizəsinin digər qurumlara, mühafizə təşkilatlarına və ya özəl təşkilatlara həvalə olunması barədə fikirləşmişik”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin rəisi Namiq Xıdırov sosial şəbəkədə canlı yayımda izləyicilərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, nazirlik meşələrin mühafizə qurumlarına, mühafizə polisinə və ya digər özəl təşkilatlara verilməsi haqda təkliflər hazırlayır.

Xidmət rəisi, həmçinin bu il 507 hektar ərazidə 1 milyondan çox ağac əkiləcəyini bildirib. O, qeyd edib ki, 10 min hektar ərazidə meşə-bərpa işlərinin aparılması nəzərdə tutulub. Meşə cinsli ağaclardan fısdıq,  palıd, cökə və digər ağac toxumları meşələrin açıq ərazilərinə, talalara səpilir.

Gülnar Əliyeva


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi