Modern.az saytı xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” portalı məlumat yayıb. Məlumata görə, MDİ-nin iyul ayının 2-də ofisi bağlanıb. Saytın əməkdaşı məsələylə əlaqədar Azərbaycanın Ədliyyə Nazirliyilə əlaqə saxlayıb, amma nazirlikdən xəbərə münasibət bildirilməyib. Qeyd edək ki, MDİ Azərbaycanda “rəngli inqilablar”a dəstək verməkdə, onun təşkilatçılarına maliyyə dəstəyi verməkdə ittiham olunurdu. İddialara görə, MDİ Azərbaycanda hakimiyyətə qarşı olan bəzi müxalif dairələrə maddi yardım ayırıb.
MDİ-nin “Facebook və rəngli inqilablar” həyata keçirmək üçün 2 milyon dollar pul xərclədiyi də ittihamlar sırasında yer alıb.
Son xəbərlər
Son Xəbərlər