Onun sözlərinə görə, Azərbaycanda haqsız rəqabətin, monopoliyanın qarşısının alınması, bazar münasibərlərinin normal qaydada tənzimlənməsi üçün Rəqabət Məcəlləsinin qəbulu olduca zəruri və vacibdir:
"Bu məcəllə artıq 10 ilə yaxındır ki, qəbul olunub başa çatdırılmır. Hər sessiya başlayanda bu haqda danışırıq, narahatlığımızı bildiririk, ancaq sonda dəyişən heç nə yoxdur. Məcəllənin qəbulu hər dəfə təxirə salınır. Belə olmaz. Hesab edirəm ki, nəhayət, Rəqabət Məcəlləsi payız sessiyasının müzakirələrinə çıxarılmalı və qəbul olunmalıdır".
V.Əhmədovun fikirləri həmkarı Əli Məsimli tərəfindən dəstəklənib: "Doğrudan da, belə bir məcəllənin qəbuluna böyük ehtiyac var. Bu məcəllənin qəbulu ölkədə haqsız rəqabətin, monopoliyanın aradan qaldırılmasına öz töhfəsini vetrəcək. Demirəm ki, bu məcəllənin qəbulu ilə hər şey düzələcək, amma hər halda onun çox böyük və müsbət təsiri olacaq". Komitə sədri Ziyad Səməzadə də Rəqabət Məcəlləsinin qəbuluna tərəfdar olduğunu deyib və əlavə edib ki, bu sənədin təşəbbüsçüsü olan İqtisadiyyat və Sənaye Nazirliyi, hökumətlə müzakirələr, məsləhətləşmlər aparır”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər