Azərbaycanda mövsümi vergilər tətbiq edilə bilər

azerbaycanda-movsumi-vergiler-tetbiq-edile-biler
Oxunma sayı: 2126

Azərbaycanda mövsümi vergilərin tətbiq edilməsinə baxılır.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O qeyd edib ki, mövsümi fəaliyyət göstərən subyektlərlə bağlı güzəştlərin edilməsi məsələsinə baxılır.

S.Musayeva bildirib ki, bununla bağlı məsələ sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində də baxılır. “Bu məsələdə sahibkarların da təklifi nəzərə alınır, xüsusilə mövsümu vergilərin tətbiqi ilə bağlı sahibkarların təkliflərinə baxılacaq”, - deyə o əlavə edib.