Azərbaycanda müəllim özünü məktəbin həyətində asdı

azerbaycanda-muellim-ozunu-mektebin-heyetinde-asdi
Oxunma sayı: 5152

Sumqayıtda intihar hadisəsi baş verib. "Qafqazinfo" Lent.az-a istinadən xəbər verir ki, şəhər sakini Adıgözəlov Sabir Dadaş oğlu Sumqayıtda yerləşən 38 saylı orta məktəbin həyətində özünü asaraq intihar edib. 

Bildirilir ki, S.Adıgözəlov orta məktəbdə idman müəllimi işləyib. 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.