Azərbaycanda narkobaron ilə oğlu güllələnərək öldürüldü - Cinayət işi açıldı

azerbaycanda-narkobaron-ile-oglu-gullelenerek-olduruldu
Oxunma sayı: 7407

Yardımlı rayonunda qətl hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə rayonun Eçara kəndi yaxınlığında fermaların yerləşdiyi sahədə qeydə alınıb.

Hələ ki, adı açıqlanmayan gənc oğlan əmisi Şəmsəddin Kərimov və onun oğlu Niyaməddini ov tüfəngi ilə güllələyib. Hər iki şəxs hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

***

APA xəbər verir ki, güllələnən Şəmsəddin Kərimov “Baron Şəmi” ləqəbli narkobaron olub.

***

Fevralın 27-də saat 14 radələrində Yardımlı rayonunun Eçara kəndi ərazisində Şəmsəddin Kərimov və oğlu Elməddinin üzərində zorakılıq əlamətləri olan meyitlərinin aşkar edilməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı Yardımlı rayon prokurorluğunda cinayət işi başlanıb.