“2015-ci ilin yekunları üzrə Azərbaycanda sutkalıq orta hesabla 0,86 milyon barrel neft hasil olunub”.
“Qafqazinfo” modern.az-a istinadən xəbər verir ki, bu məlumat OPEK-in bu gün dərc olunan neft bazarı ilə bağlı yanvar hesabatında göstərilir.
Məlumata görə, bu göstərici kartelin ötən hesabatındakı analoji göstəricidən 10 min barrel çoxdur. OPEK-in qiymətləndirməsinə görə, Azərbaycanda neft hasilatının həcmi ötən ilin son üç rübündə sutkalıq orta hesabla 0,85 milyon barrel təşkil edib. Birinci rübdə isə həmin rəqəm 0,89 milyon barrelə bərabər olub.
2016-cı ildə OPEK Azərbaycanda neft hasilatının sutkalıq 40 min barrel azalacağını və 0,82 milyon barrelə düşəcəyini proqnozlaşdırır.
Son xəbərlər
Son Xəbərlər