Mədəniyyət və Turizm Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşün əsas məqsədi Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiya tərəfindən 2016-cı ilin 31 avqust – 3 sentyabr tarixlərində Enerji İqtisadiyyatı üzrə 1-ci Beynəlxalq Avrasiya Konfransının keçirilməsi məsələsinin müzakirəsi olub.
Qeyd edək ki, bu tədbir Azərbaycan Konqreslər Bürosu tərəfindən qazanılan Azərbaycanda keçirilməsi planlaşdırılan ilk beynəlxalq tədbirlərdən biridir.
Görüş zamanı tədbirin keçirilmə şəraiti, forması, turistlərin Azərbaycana gəlmə imkanları, viza prosesi və s. təşkilati məsələlər də müzakirə olunub.
Tədbirdə dövlət, özəl və akademik dairələrdən 200-ə yaxın nümayəndənin iştirakı nəzərdə tutulub.
Son xəbərlər
Son Xəbərlər