“Qafqazinfo” anspress-ə isinadən xəbər verir ki, komitənin yaydığı məlumatda o da bildirilir ki, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür.
Ümumi əhalinin 53,1%-i şəhər, 46,9%-i isə kənd sakinləridir. Bu ilin yanvar-aprel ayları ərzində ölkədə 53,5 min körpə doğulub. Doğulanların 53,6%-i oğlan, 46,4%-i qızlardır.
Bu ilin 4 ayı ərzində ölkədə 19,1 min ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi 6,5-dən 6,1-ə qədər azalıb.
Son xəbərlər
Son Xəbərlər