“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, naməlum şəxs 2 il ərzində ölən şəxsin təqaüdü alıb.
Azadlıq prospekti 60-da yaşayan 1939-cu il təvəllüdlü Mikayıl ağaqulu oğlu Məmmədovun 2012-ci ilin sentyabrın 8-də ölməsi barədə Dövlət Sosial Müdafiə Fonduna məlumat verilməyib. 2014-cü ilin yanvarın 1-ə kimi M.Məmmdəovun adına olan təqaüd kartından naməlum şəxs 11800 manat pul çıxarıb.
Digər bir hadisə də eyni üsulla 1500 manat mənimsənilib.
D.Əliyeva küçəsi 29-da yaşayan 1937-ci il təvəllüdlü Svetlana Qriqoryevna Belenkanın 2014-cü ilin aprelin 20-də ölməsi barədə DSMF-ə məlumat verilməyib. Həmin ilin dekabrın 31-ə kimi Belenkanın adına olan təqaüd kartından naməlum şəxs tərəfindən 1500 manat pul çıxarılıb.
Hər iki fakt üzrə araşdırmalar aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər