Azərbaycanda onlayn sığorta sistemi

azerbaycanda-onlayn-sigorta-sistemi
Oxunma sayı: 1028


“Qafqazinfo”nun ıctnews.az-a istinadən məlumatına görə, Maliyyə Nazirliyinin lisenziyalaşdırma, ərizə və şikayət şöbəsinin rəisi Mahir Abdullayev bugünkü mətbuat konfransında bildirib ki, hazırda Azərbaycanda məcburi sığorta növlərinin inkişafı məsələsi gündəmdədir və sığorta polislərinin onlayn almaq imkanını təqdim edən sistemin tətbiqi bu sahədə yeniliklərdən biri olacaq.

 “Bununla bağlı “Məcburi sığorta növləri haqda” qanuna müvafiq dəyişikliklərin və əlavələrin hazırlanması, həmçinin “Elektron sığorta” portalının yaradılması  gözlənilir”, - deyə M. Abdullayev bildirib.