Azərbaycanda ötən 30 il ərzində mina qurbanlarının sayı açıqlandı

azerbaycanda-oten-30-il-erzinde-mina-qurbanlarinin-sayi-aciqlandi
Oxunma sayı: 1712

“Ermənistan tərəfindən minaların kortəbii istifadəsi və minaların basdırılmasına hələ də davam edilməsi yaralanmalara və iztirablara səbəb olur”.

“Qafqazinfo” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov feysbuk səhifəsində yazıb. 

"Ötən 30 il ərzində mina qurbanlarının sayı 38-i qadın, 357-si uşaq olmaqla 3 336-ya çatıb. Bunların 257-si 2020-ci il müharibəsindən sonrakı qurbanlardır", - deyə nazir qeyd edib.