Azərbaycanda ötən ay nə qədər enerji istehsal edilib?

azerbaycanda-oten-ay-ne-qeder-enerji-istehsal-edilib
Oxunma sayı: 724


“Qafqazinfo” xəbər verir ki,  “Azərenerji” ASC-nin mətbuat xidmətinin məlumatına görə, bu ilin avqust ayında ölkənin enerji sistemində 2 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub.

Bununla yanaşı, ay ərzində ölkənin enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib. Ötən 8 ayda isə elektrik enerjisi üzrə istehsal təxminən 15,1 milyard kilovat-saat təşkil edib.