Azərbaycanda ötən il 961 uşaq övladlığa götürülüb

azerbaycanda-oten-il-961-usaq-ovladliga-goturulub
Oxunma sayı: 691


“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 1 yaşadək  övladlığa götürülənlərin sayı 204 nəfər olub. 1-5 yaşda olan övladlığa götürülmüşlər isə 429 nəfər təşkil edib. 60 uşaqla bağlı övladlığa götürülmə qərarı isə ləğv olunub.

 Bundan başqa, 1 yaşadək övladlığa götürülmüş 1 uşaq barəsində övladlığa götürülmə qərarı ləğv edilib. 1-5 yaşda olanlarla bağlı 6, 11-17 yaşda övladlığa götürülən uşaqlarla bağlı isə 46 qərar ləğv olunub.