Azərbaycanda oynamış futbolçular “Traktor”a qələbə qazandırdılar

azerbaycanda-oynamis-futbolcular-traktora-qelebe-qazandirdilar
Oxunma sayı: 2616

Təbrizin “Traktor” klubu İran çempionatında növbəti matçına çıxıb.

“Qafqazinfo” xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi doğma meydanda “Sanat Naft” ilə qarşılaşıb. Mövsümə məğlubiyyətlə başlayan "al qurdlar" bu dəfə böyükhesablı qələbə qazanıb – 3:0.
 
Təbrizlilərin qollarını Azərbaycanda oynamış futbolçular vurub. "Sumqayıt"ın sabiq futbolçusu Peyman Babayi dubl edib. Oyunda son nöqtəni isə "Neftçi"nin sabiq futbolçusu Saman Nərimancahan qoyub.
 
“Traktor” iki turdan sonra 3 xalla 16 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.