Azərbaycanda pandemiya şəraitində ilk tamaşa nümayiş olundu - Video

azerbaycanda-pandemiya-seraitinde-ilk-tamasa-numayis-olundu
Oxunma sayı: 1744

Azərbaycanda pandemiya şəraitində ilk tamaşa - “Leyli və Məcnun” operası nümayiş olunub.

“Qafqazinfo” xəbər verir ki, tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutub.

Tamaşada əsas partiyaları Respublika muğam müsabiqəsinin laureatı Rəvanə Əmiraslanlı (Leyli) və Əməkdar artist Elnur Zeynalov (Məcnun) ifa ediblər.

Tamaşada, həmçinin Əməkdar artistlər Təyyar Bayramov (Məcnunun atası), Cahangir Qurbanov (Nöfəl) və başqaları iştirak ediblər.

Opera tamaşasını Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edib.