Azərbaycanda parlament televiziyası yaratmaq təklif edilir

azerbaycanda-parlament-televiziyasi-yaratmaq-teklif-edilir
Oxunma sayı: 995

Deputat Siyavuş Novruzov parlamentin internet televiziyasını yaratmağı təklif edib. 

“Qafqazinfo”nun məlumatına görə, S.Novruzov qeyd edib ki, parlamentdə siyasi partiyaların nümayəndələri ilə debatlar təşkil edilməlidir:  

“Milli Məclisin fəaliyyətiylə bağlı bir çoxu qərəzli fikirlər söyləyir. Ancaq elə məsələlər var ki, Milli Məclisin fəaliyyətinə daxil deyil”.

S. Qafarova qeyd edib ki, bundan sonra İctimai Televiziyada həftədə bir dəfə “Parlament saatı” verilişi yayımlanacaq.

Günel Türksoy