Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

azerbaycanda-peyvend-olunanlarin-sayi-aciqlandi
Oxunma sayı: 1972

Martın 23-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 22 966 nəfər vaksinasiya olunub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 494 403 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya bütün rayonlarda uğurla davam etdirilir.