Azərbaycanda topdansatış pivənin nağd şəkildə satışı ilə məşğul olan şəxslər cəzalandırılacaq.
“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, Milli Məclisinin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsinə dəyişiklik müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən tütün ilə yanaşı pivənin də topdansatışı kart vasitəsi ilə olacaq.
Maddənin yeni formasında belə deyilir: "Pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma, 1000 manat cərimə və ya 1 ilədək müddətdə silah işləri və ya 1 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandıralacaq".
Bir müddət əvvəl isə Azərbaycanda pərakəndə satış istisna olmaqla, tütün məmulatlarının nağd pulla satışına qadağa qoyulub. Bu isə bir sıra mağazalarda siqaret qıtlığının yaranmasına səbəb olmuşdu. Nağdsız ödəniş istehlakçılara aid olmasa da mağaza sahiblərindən kart ilə ödənişin tələb olunması onları çıxılmaz vəziyyətə salıb.
Son xəbərlər
Son Xəbərlər