Azərbaycanda polis şöbəsində ölüm

azerbaycanda-polis-sobesinde-olum
Oxunma sayı: 659

Belə ki, Kürdəmir rayonun Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanada saxlanılan, 1978-ci il təvəllüdlü Hüseynov Arzu Yusif oğlu Zərdab rayon Polis Şöbəsinə gətirilib və qəflətən halı pisləşdiyindən həkimlər gələnə qədər dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaq üçün dərhal Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə göndərilib. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar rayon Şöbəsindən APA-nın yerli bürosuna bildirilib ki, ilkin ehtimala görə, mərhum ürək-damar çatışmazlığından dünyasını dəyişib. A. Hüseynovun ölümünün dəqiq səbəbləri isə ekspertizanın yekun rəyi açıqlandıqdan sonra məlum olacaq.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında Zərdab rayon Polis Şöbəsində baş vermiş ölüm faktını təsdiqləyib. O, qeyd edib ki, Kürdəmir Rayon Məhkəməsinin qərarına əsasən barəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə həbs qətimkan tədbiri seçilmiş, Zərdab Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan Kürdəmir rayon sakini Arzu Hüseynov avqustun 21-də xəstəliyi ilə əlaqədar vəfat edib.