Azərbaycanda polislər dil kurslarına cəlb olunub

azerbaycanda-polisler-dil-kurslarina-celb-olunub
Oxunma sayı: 2511


“Qafqazinfo” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün Çevik Polis Alayında 2014-cü il ərzində görülən işlərin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində çıxış edən polis polkovniki Zaur Abdullayev bildirib ki, ingilis dili kurslarına cəlb olunan əməkdaşların yekun imtahanlarının nəticələri mütəxəssislər tərəfindən qənaətbəxş qiymətləndirilib: 

“Bütövlükdə şəxsi heyətin xidməti hazırlığının artırılması, ekstremal şəraitdə adekvat qərar qəbul etmək bacarığına malik olması, fiziki qüvvənin, xüsusi vasitələrin qanunla müəyyən edilmiş hallarda tətbiqini mükəmməl bilməsi üçün lazımı işlər aparılıb”.