“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın sabiq üzvü İnnosent Emqara deyib.
ABŞ-ın “San Xose Ertkveyks” klubuna keçən 26 yaşlı futbolçu bununla bağlı İsveçrə mətbuatına danışıb: “Özümü xoşbəxt hiss edirəm. Ən çox əziyyət çəkdiyim isə dil problemidir. İtaliyada da, Azərbaycanda da belə problemlərim olmuşdu. Amma ABŞ-da bu halla üzləşməyəcəm. Çünki bu dili başa düşürəm və hər şey yaxşı olacaq”.
Qeyd edək ki, 3 ay “Qarabağ”ın formasını geyinmiş Emeqara Azərbaycan çempionatında 8 oyunda 5 qola imza atıb.
Son xəbərlər
Son Xəbərlər