Azərbaycanda psixologiya sahəsində ilk! - Video

azerbaycanda-psixologiya-sahesinde-ilk
Oxunma sayı: 1686

Referans Medical Groupun yeni layihəsi olan Tolerans Psixologiya və Nitq Mərkəzi fəaliyyətə başlayıb. Açılış mərasimində Azərbaycanda psixologiya sahəsi üzrə nüfuz sahibi şəxslər və elm adamları ilə yanaşı, Referans Medical Groupun  nəzdində fəaliyyət göstərən səhiyyə müəssisələrinin idarə heyəti və həkim kollektivi iştirak edib. Açılışın ikinci hissəsində isə uşaqların əyləncəli vaxt keçirməsi üçün fərqli oyunlar, qonaqların rahatlığı üçün xüsusi ikramlar təqdim edilib.

 Mərkəzdə neyropsixoloji dəyərləndirmə, müalicəvi bədən tərbiyəsi, inklüziv təhsil, loqopedik-defektoloji məşğələ, oyun terapiya, fərdi psixoterapiyalar ilə yanaşı Azərbaycanda ilk olan peşəkar mütəxəssisin tətbiqi ilə floortime terapiya və həkim-neyropsixoloqun tətbiqi ilə Bioakustik korreksiya (BAK terapiya) xidmətləri göstərilir. Eyni zamanda mərkəzimizdə müxtəlif istiqamətli psixoloji təlimlərin keçirilməsi hədəflənmişdir.

 Tolerans Psixologiya və Nitq Mərkəzi məqsədi düzgün, operativ xidmət göstərmək, insanların psixoloji xidmətlərə əlçatanlığını artırmaq və psixi sağlamlığının qorunmasını təmin etməkdir.

Mərkəzimiz bütün yaş qruplarına xidmət göstərir. Övladınız üçün erkən təhsilin, təlimin koordinasiyasının və fərdi yanaşmanın əhəmiyyəti uzun illərdir müzakirə edilməkdədir. Alacağınız peşəkar dəstək ilə övladınızın gələcəyini işıqlandırın və dünyanı onun üçün asanlaşdırın!

https://www.youtube.com/watch?v=CgMf-7POJxA

Sərhədsiz ünsiyyət üçün ilk addım..

•Əlaqə nömrəsi: +994 77 593 00 33

•Ünvan: Xətai ray., M.Mehdizade küç., 27-29

https://www.instagram.com/toleranspnm/

https://www.facebook.com/toleransbyreferans