"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də Qismət Qismətzadənin evindən içərisində 170000 ABŞ dolları pul və 7000 manat dəyərində qızıl əşyalar olan çantanı oğurlamış Bakı şəhər sakini Mehdi Məmmədov tutulub.
Report.az-ın məlumatına görə, evindən oğurluq edilmiş Qismət Qismətzadə psixoloqdur, o, Regional Psixologiya Mərkəzinə rəhbərlik edir.
Son xəbərlər
Son Xəbərlər