Azərbaycanda qadın ərini bıçaqladı -

azerbaycanda-qadin-erini-bicaqladi-
Oxunma sayı: 2031


“Qafqazinfo” xəbər verir ki, Lənkəran rayon Polis İdarəsindən ans press-əbverilən məlumata görə, rayonun Şilavar kənd sakini 1987-ci il təvəllüdlü Elmar Amil oğlu Məmmədov bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. 

Xəstəxanadan yaralının vəziyyəti ilə əlaqədar Lənkəran rayon Polis İdarəsinə məlumat veriblər.

Xəstəxanada ilkin dindirilməsi zamanı Elmar Məmmədov həyat yoldaşını qorumaq məqsədi ilə hadisənin ehtiyatsızlıqdan baş verdiyini desə də, arvadı 1991-ci il təvəllüdlü Dilbər Eldəniz qızı Abbaszadə ərini bıçaqladığını etiraf edib. 

24 yaşlı qadının sözlərinə görə, həyat yoldaşı ona xəsarət yetirmək istəyərkən özünü qorumaq məqsədi ilə bu yola əl atıb.

Faktla bağlı Lənkəran rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Ailənin 1 azyaşlı övladı var.

“Qafqazinfo”