Azərbaycanda qadın müəllim 49 yaşlı qohumunu öldürdü -

azerbaycanda-qadin-muellim-49-yasli-qohumunu-oldurdu-
Oxunma sayı: 1090


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, avqustun 11-i axşam 22 radələrində  rayonun 3-cü Tala kənd sakini 1967-ci il təvəllüdlü Qazıməhəmməd Nəsrullah oğlu İbrahimovun döş qəfəsinin sol tərəfindən bıçaqlanaraq qətlə yetirilmiş meyiti xəstəxananın morquna daxil olub. 

Qazıməhəmməd İbrahimovu onun qohumu, kənd sakini 1984-cü il təvəllüdlü Günel Ömər qızı İsgəndərova tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. Məlumatda bildirilir ki, qətl şəxsi münasibətlər zəminində baş verib. Qətlə yetirilən  Qazıməhəmməd İbrahimov evli olub, bir-neçə il əvvəl həyat yoldaşından ayrılıb.  

Qətli törədən Günel İsgəndərova 3-cü Tala kənd orta məktəbində idman müəlliməsi işləyir. Hal-hazırda körpə uşağı olduğu üçün analıq məzuniyyətindədir. 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

“Qafqazinfo”