Azərbaycanda qadını döyənlər...- - Onları siz də tanıyın

azerbaycanda-qadini-doyenler-
Oxunma sayı: 3992


"Qafqazinfo" bu məqamda təəssüflənərək döyülən qadınlarla bağlı hüquq-mühafizə orqanlarına edilən bəzi şikayətləri sizə təqdim edir:

Həyat yoldaşları tərəfindən döyülən xanımlar: 

Nərimanov rayonu ərazisində K.Rəhimov küçəsində 1966-cı il təvəllüdlü İsa Ramazanov arvadı 1973-cü il təvəllüdlü Kəmaləni döyüb.

Səbail rayonu T.Elçin küçəsində yaşayan 1987-ci il təvəllüdlü Günel Qurbanovanı həyat yoldaşı 1978-ci il təvəllüdlü Musa Məmmədov döyüb.

Qeyri-rəsmi olaraq birlikdə yaşadığı kişilər tərəfindən döyülən qadınlar:

 Nərimanov rayonu Ziya Bünyadov prospektində 1981-ci il təvəllüdlü Taleh Mirzəyev qeyri-rəsmi yaşadığı 1991-ci il təvəllüdlü Svetlana Aleksandrovna Voropayevanı döyüb.

Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi AB yaşayış massivində yaşayan 1998-ci il təvəllüdlü Lalə Məmmədovanı qeyri-rəsmi yaşadığı 1993-cü il təvəllüdlü Sahib İsmayılov döyüb və nəticədə hamiləliyi pozulub.

İctimai obyektlərdə, restoran, kafe və iş yerlərində döyülən zərif cinsin nümayəndələri:

Nəsimi rayonu A.Mustafayev küçəsində yerləşən çay evində Ümid adlı şəxs 1997-ci il təvəllüdlü Mehranə Mirzəyevanı döyüb.

Xətai rayonunda M.Hadi küçəsində yerləşən Qala kafesində 1984-cü il təvəllüdlü Ramin Əsgərov orada ofisiant işləyən 1983-cü il təvəllüdlü Təranə Alıyevanı döyüb.

Binəqədi rayonunda Pinkaus restoranında Pərviz adlı şəxs 1990-cı il təvəllüdlü Ülviyyə Zeynallını döyüb.

Tanımadığı kişilər tərəfindən döyülən qadınlar:.

Suraxanı rayonunda 3 nəfər naməlum şəxs 1998-ci il təvəllüdlü Pərvin Məmmədovanı zorla maşına midnirib, bir neçə dəqiqə sonra maşını saxlayaraq onu itələyib maşından küçəyə atıblar. 

Sabunçu rayonunda Kürdəxanı qəsəbəsində naməlum şəxs 1982-ci il təvəllüdlü Xəyalə Abbasovanı döyüb. O 3 saylı xəstəxanada yardım alıb evə buraxılıb.

Yasamal rayonunda Şərifzadə küçəsində iki nəfər naməlum şəxs 1992-ci il təvəllüdlü Sürəyyə Həmzəyevanı döyüblər. 

Nərimanov rayonunda iki nəfər naməlum şəxs Koroğlu Rəhimov küçəsində 1974-cü il təvəllüdlü Nəzakət Musayevanı yaşadığı evdə döyüblər. 

Mircəlal küçəsində Seçkin adlı şəxs həmin küçədə yaşayan 1995-ci təvəllüdlü Jalə Balakişiyevanı döyüb.

Bül-bül prospektində Məcid adlı şəxs 1966-ci il təvəllüdlü Gülmirə Ağayevanı döyüb.

Cavadxan küçəsində Ramin adlı şəxs Abşeron rayon sakini 1988-ci il təvəllüdlü Şəfa Miriyevanı döyüb..

Tanışları tərəfindən döyülən xanımlar:

Səbail rayonu Lermantov küçəsində Yardımlı rayon sakini 1980-ci il təvəllüdlü Nurlan Baxışov 1991-ci il təvəllüdlü Sevinc Əzizovanı döyüb.

Yasamal rayonunda 1979-cu il təvəllüdlü Bbək Duniyev 1981-ci il təvəllüdlü Esmira İmanovanı döyüb.

Bu xronikada qeyd olunanlar yalnız Bakı şəhəri üzrə olan, yalnız bir neçə gün ərzində baş verən və yalnız polisə rəmsi olaraq şikayət edilən hadisələrdir.

Murad Əhməd