“Bu gün 3661 test edilib, ümumi test sayı 75 397 test icra olunub. Bu günə ölüm faktı yoxdur”.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, 404 nəfər sağalıb, hazırda 836 nəfər aktiv xəstə var:
“17 nəfər reanimasiyadadır, 6 nəfər süni tənəffüs aparatına qoşulub. Yoluxma 50-60 yaş aralığında daha çox idi. Qadınlar arasında yoluxma üstünlük təşkil edir. Aprelin 5-i, karantin rejiminə əməl edəndən sonra yoluxma tendensiyası azalıb. Qaydalara əməl olunsa, bu tendensiyanı davam etdirə bilərik”.
Son xəbərlər
Son Xəbərlər