Azərbaycanda qadınlar ərlərini doğuş zamanı görmək istəmir

azerbaycanda-qadinlar-erlerini-dogus-zamani-gormek-istemir
Oxunma sayı: 3395

Bakı sakinlərinin əksəriyyəti ataların doğuşda iştirakının əleyhinədir.

“Qafqazinfo” xəbər verir ki, bu göstərici “ACT Azerbaijan”ın 400 respondent arasında keçirdiyi son sorğunun nəticələrinə öz əksini tapıb. Sorğunun nəticələrinə görə, respondentlərin böyük əksəriyyəti kişilərin doğuşa qatılmasına əleyhinədir (62 %).

Bu addım xüsusilə bəylər tərəfindən bəyənilmir (69 %). Bununla belə, rəyi öyrənilmiş paytaxt əhlinin beşdə biri kişilərin xanımları ilə birlikdə doğuşa girməsini dəstəkləyir (21 %). Xüsusilə xanımlar bəylərini çətin anda yanlarında görmək istəyir (33 %). Məsələni yaranmış vəziyyətə görə dəyərləndirənlər sorğuda 13 % səs toplayıb. 4% respondent sualı cavablandırmaqda çətinlik çəkib.