Azərbaycanda qar uçqunu - Bələdiyyə sədrinin 4 ailə üzvü öldü

azerbaycanda-qar-ucqunu
Oxunma sayı: 9726

Lerik rayonunda qar uçqunu baş verib.

Qafqazinfo” xəbər verir ki, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun APA-ya verdiyi məlumata görə, hadisə rayonun Orant kəndində qeydə alınıb.

Qar yığınınn evin üzərinə düşməsi nəticəsində ev uçub. Bir ailənin dörd üzvü həlak olub.

***

Lerik rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, hadisə səhər saatlarında rayonun Orant kəndində baş verib. Kənd sakini, 1958-ci il təvəllüdlü Mustafayev Əhliman Həbibulla oğluna məxsus ev qar uçqununun altında qalıb.

Hadisə nəticəsində Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 2 azyaşlı nəvəsi uçqun altında qalıb.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Xilasedicilər uçqun altından bir azyaşlı uşağı sağ xilas ediblər.

Qar uçqununun altında qalan ev Orant kənd bələdiyyəsinin sədri Amil Mustafayevin atası Ə.Mustafayevə məxsusdur.